Azərbaycanın ən yaşlı seçicisi səs verib. SİA-nın xəbərinə görə, nəinki ölkənin hətta dünyanın ən yaşlı sakinlərindən biri olan 126 yaşlı Gözəl Alı qızı Dadaşova beşinci çağırış parlament seçkilərində iştirak edib. Bu gün keçirilən seçkilərdə 89 saylı Göyçay – Ağdaş seçki dairəsinin 24 saylı seçki məntəqəsinin seçicisi olan rayonun Qulbəndə kənd sakini səhər saat 11:00 radələrində daşınan seçki qutusu Gözəl Dadaşovanın evinə gətirilib və o səsvermədə iştirak edib.
O özü ilə bərabər, 41 övladının, nəvəsinin, nəticəsinin və kötücəsinin də parlament seçkilərində iştirak etdiyini bildirib. Yaşının çox olmasına baxmayaraq, sərbəst hərəkət edən, yaddaşından şikayəti olmayan, normal görmə qabiliyyətinə malik olan və özünü sağlam hiss edən 126 yaşlı Gözəl nənə dəfələrlə seçkilərdə iştirak etdiyini deyib.

Rəşid Rəşidov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB