Pamina Abid: "Bu, bizim üçün yenilikdir"

"Düşünürəm ki, bu texnologiya Pakistanda da tətbiq olunmalıdır"
Pamina Abid: "Bu, bizim üçün yenilikdir"

18 saylı Nərimanov-Nizami seçki dairəsinin 4 saylı məntəqəsində seçkilərin müşahidə edən Pakistan parlamentinin üzvü Pamina Abid iki ölkə arasında oxşar cəhətlərmin çox olduğunu bildirib. SİA-ya açıqlamasında pakistanlı müşahidəçi bildirib ki, ilk dəfədir ki, Azərbaycanda olub, seçkiləri müşahidə edir: "Posesin təşkilindən və yüksək seçki fəallığından razıyam. Məntəqə seçki kommisiyaları ən yüksək texnologiyalarla təmin olunub. Xüsusilə də, səsvermədən sonra barmağın müasirtexnologiya ilə nişanlanması bizim üçün yenilikdir. Düşünürəm ki, bu texnologiya Pakistanda da tətbiq olunmalıdır".

İntizarə

Bütün xəbərlər Facebook səhifəmizdə