4 seçici ilk dəfə səsvermə hüququndan istifadə edəcək FOTO

4 seçici ilk dəfə səsvermə hüququndan istifadə edəcək FOTO

Samuxda seçki prosesi uğurla davam edir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 102 saylı Samux Şəmkir Seçki Dairəsində 51 məntəqə üzrə 44 min 976 seçici qeydiyyata alınıb. Bu dairədən 5 namizəd millət vəkili adı uğrunda mübarizə aparıb. Məntəqələrin 20%-i veb-kameralarla təchiz olunub və seçkinin gedişini rahat şəkildə izləmək mümkündür. Müşahidəçilər də məntəqələrdə seçkilərin gedişini izləyirlər. Bundan əlavə, məntəqələrdə Eksit-pol da keçirilir. Dairə üzrə hərbi hissədə yaradılan qapalı məntəqədə də səsvermə prosesi təşkil olunub.

Onu da qeyd edək ki, Samux rayonunda yaşı 100-dən yuxarı olan 7 seçici var və onların seçkilərdə iştirakının təmin olunması məqsədilə evlərinə daşınan qutular aparılacaq. Bundan əlavə, seçki dairəsi üzrə 4 seçici ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə