Ən yaşlı seçicinin 86 yaşı var FOTO

Ən yaşlı seçicinin 86 yaşı var FOTO

1 noyabr seçkilər günündə Gəncədə yerləşən 40 saylı Dairə Seçki Komissiyasının 8 və 9 saylı məntəqələrində də seçicilərin aktivliyi müşahidə olunub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 40 saylı Dairə Seçki Komissiyasının 8 və 9 saylı məntəqələrində səhər saatlarından seçicilərin aktivliyi müşahidə olunub. 6 namizədin mübarizə apardığı 9 saylı seçki məntəqəsində 1436 nəfər səsvermə hüququna malikdir. Səsvermə prosesində iştirak edəcək gənclərdən 6 nəfəri ilk dəfə səs verir. Məntəqə üzrə yaşlı seçicilərin sayı isə 18 nəfərdir ki, onlardan da ən yaşlısının 86 yaşı var. 9 saylı məntəqə üzrə daşınan qutu ilə bağlı müraciət olunmayıb.

Ancaq ehtiyac yarandığı halda komissiya üzvləri tərəfindən qutular evlərə aparılacaq.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə