Gəncə seçiciləri ilk dəqiqələrdən aktivdir FOTOLAR

Gəncə seçiciləri ilk dəqiqələrdən aktivdir FOTOLAR

Gəncədə səsverən vətəndaşların sayı artır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 37 saylı Nizami birinci seçki dairəsinin 8 və 9 saylı məntəqələrində də səsverməyə start verilib. Məntəqə sədri səsvermənin başladığını elan etdikdən sonra seçicilər öz namizədlərinə səs verməyə başlayıblar. Məntəqədə elə ilk dəqiqələrdən aktivlik hiss olunub. 8 saylı məntəqədə 8 kabinədə 6 nəfər-1 komissiya sədri və 5 üzv seçicilərə nəzarət edib. Bu məntəqədə 1179 nəfər qeydə alınıb ki, seçicilərdən 5-i ilk dəfə seçkilərdə iştirak edir. Həmçinin bu məntəqədə siyahıda olanlardan iki nəfəri xəstə olduğundan onlara səs vermək üçün xüsusi şərait yaradılıb. Bundan başqa 8 saylı məntəqədə 80-100 yaş arası 6 nəfər qeydiyyata alınıb.

9 saylı məntəqədə də səsverməyə başladıqdan dərhal sonra seçicilərin fəallığı müşahidə olunub. 1320 nəfərin səs verəcəyi məntəqədə 5 xəstə qeydiyyatdadır. Seçicilərdən 12 nəfər isə ilk dəfə parlament seçkilərinə qatılacaq. Məntəqə üzrə ən yaşlı seçicinin 90 yaşı var.

Onu da bildirək ki, 9 saylı məntəqədə veb-kamera da quraşdırılıb və səsvermə prosesini canlı izləmək mümkündür.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə