Parlament seçkilərinin səsverməsində Kəlbəcərdən olan məcburi köçkünlər də aktiv şəkildə iştirak edir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 123 saylı Kəlbəcər Seçki Dairəsinin 11 saylı məntəqəsində səhər saatlarından etibarən seçicilərin aktiv fəallığı müşahidə olunub. Rayon üzrə 7 namizədin mübarizə apardığı seçki məntəqəsində 1480 nəfər səsvermə hüququna malikdir. Onların 52 faizini qadın, 48 faizini isə kişilər təşkil edir. Seçkilərdə ilk dəfə iştirak edən gənclərin sayı 19-dur ki, onlardan da 1 nəfərin 18 yaşı bu gün tamam olub. Məntəqə üzrə ən yaşlı seçicinin yaşı isə 92-dir.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB