Baş nazir 29 saylı seçki məntəqəsində səs verdi

Baş nazir 29 saylı seçki məntəqəsində səs verdi

Noyabrın 1-də Milli Məclisə seçkilərin başlandığı səhər saatlarından 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsində fəallıq hiss olunurdu. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə bu seçki məntəqəsinə gələrək səs verdi.

Məntəqədə 1412 seçici qeydiyyata alınıb. Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə