İnterfaks seçki monitorinqindən yazdı

İnterfaks seçki monitorinqindən yazdı

Rusiyanın İnterfaks xəbər agentliyi Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı müşahidəçilərin iş prosesləri barədə məlumat yayıb. Seçki-2015.az saytının xəbərinə görə, seçkiləri 27 ölkədən 503 beynəlxalq müşahidəçi izləyir. Onların əksəriyyəti AŞPA, MDB, TürkPA, QDİƏT PA-nı təmsil edənlərdir. Ümumilikdə parlament seçkilərinin monitorinqini 40 beynəlxalq təşkilat aparır.

Agentliyin məlumatında bildirilir ki, seçkilərin şəffaf və demokratik keçirilməsini təmin etmək üçün məntəqələrdə veb-kameralar qurulub. Mərkəzi Seçki Komissiyasının informasiya mərkəzi gün ərzində - saat 10:00, 12:00 15:00 17:00 və 19:00-da seçkilərin gedişi barədə məlumatlar verəcək.

Həmçinin qeyd olunur ki, 4-ü yerli təşkilat olmaqla, Fransa və ABŞ-dan olan iki beynəlxalq təşkilat "exit-poll" keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə