Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan MR Ali Məclisinə seçkilər keçirilir. Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Ramil Sadıqov Secki-2015.az saytına bildirib ki, muxtar respublikada Milli Məclisə seçkilər üzrə 7 seçki dairəsindən 29 nəfərin namizədliyi irəli sürülüb. Naxçıvan MR Ali Məclisinə seçkilər üzrə isə 45 seçki dairəsi üzrə 135 nəfərin namizədliyi qeydə alınıb. Namizədlər arasında 8 siyasi partiyanın nümayəndələri və bitərəflər var.
Muxtar respublikada 268 463 seçici üçün 316 seçki məntəqə fəaliyyət göstərir. Bu il 4799 gənc ilk dəfə səs verəcək. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkiləri ilə müqayisədə bu il seçicilərin sayı 2033 nəfər artıb.
R.Sadıqov muxtar respublikada seçici fəallığının yüksək olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB