Saatlıda yaşı 100-dən çox olan 7 seçici səs verəcək

Saatlıda yaşı 100-dən çox olan 7 seçici səs verəcək

Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə bölgələrdə də ciddi hazırlıq aparılıb. 62 saylı Saatlı dairə seçki komissiyasının sədri Arif Əliyev Secki-2015.az saytına açıqlamasında bildirib ki, seçki günü seçicilərin yüksək fəallığı gözlənilir: "Dairə üzrə 39 seçki məntəqəsi var və ümumi seçici sayı 4725 nəfərdir. Onlardan 595 nəfəri ilk dəfə səs verəcək. Yaşı 100-dən artıq olan seçicilərin sayı isə 7 nəfərdir".

A. Əliyev qeyd edib ki, bütün məntəqələr lazımi avadanlıqla təmin olunub: "3, 4, 6, 23 və 25-ci məntəqələrdə veb-kameralar quraşdırılıb. 532 müşahidəçi var. Onlardan 40-ı siyasi partiyaların, 492 nəfəri isə şəxsi təşəbbüsü ilə seçkiləri müşahidə edəcəklər. Dairə üzrə 6 nəfərin namizədliyi qeydə alınıb. Bütün məntəqələrdə mürəkkəb balonları, ultrabənövşəyi detektorlar var. Seçicilərin əhval-ruhiyyəsi yüksəkdir"."Seçkilər" Media Mərkəzi

Bütün xəbərlər Facebook səhifəmizdə