Polis sahibkarlıq fəaliyyətinə mane olarsa...

Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
Polis sahibkarlıq fəaliyyətinə mane olarsa...

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib. Müraciətdə deyilir: "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Dövlət Başçısının 2015-ci il 26 oktyabr tarixli Fərmanı rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn tələblərin icrası, o cümlədən aidiyyəti üzrə daxil olan müvafiq məlumatların araşdırılması və zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bununla əlaqədar, daxili işlər orqanlarının əməkdaşları tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə biznes strukturlarının, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və qanuni sahibkarlıq fəaliyyətinə mane olma halları barədə dərhal Nazirliyin 1002 nömrəli "Qaynar xətt"inə məlumat verilməsi xahiş olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə