Bölgələr seçki öncəsi rabitə və yüksəksürətli internetlə təmin olunub
Gəncədə seçkilərin gedişi ilə bağlı məlumatların operativ olaraq ötürülməsi üçün bütün məntəqələr rabitə və yüksəksürətli internetlə təmin olunub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ötən gündən etibarən Gəncə Telekommunikasiya İdarəsinin əməkdaşları tərəfindən məntəqələrdə fasiləsiz internet və rabitə xidmətinin heç bir problem olmadan təminatı üçün növbətçilik sistemi təşkil olunub. Bununla yanaşı yarana biləcək problemlərin dərhal aradan qaldırılması məqsədilə idarənin daxilində operativ qərargah yaradılıb. Məntəqələrdə quraşdırılan veb -kameralar da tam hazır vəziyyətə gətirilib.
"Telefon və internet rabitəsindən əlavə Gəncədə 40 məntəqəyə veb-kamera quraşdırılıb. Hazırda həmin kameraların hər birinə onlayn şəkildə nəzarət edə bilirik. Hər hansı bir problem yaranarsa həmin problemi operativ şəkildə aradan qaldırmağa tam hazırıq" – deyə, TKİ-nin baş mühəndisi Etibar Nəbiyev bildirib.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB