1 noyabr ölkə ərazisində keçiriləcək parlament seçkilərinə, seçicilər səsvermə günü 4 yer uğrunda mübarizə aparacaq 25 namizəd arasından deputatını seçəcək. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 24 mülki və 2 qapalı məntəqədə ümumilikdə 33768 seçicinin səsverəcəyi 37 saylı Dairə Seçki Komissiyasının 10 məntəqəsində seçkiləri canlı izləmək imkanı olacaq. 42092 seçicini 24 mülki və 1 qapalı məntəqədə qeydiyyatının aparıldığı 38 saylı Dairə Seçki Komissiyası hazırlıq səviyyəsinə gətirilib. Məntəqələrdə 10 veb-kamera quraşdırılıb, kabinələr, daşınan və daşınmaz qutular həmçinin bütün lazımı avadanlıqlarla təmin olunub.
Ümumilikdə 33 məntəqədə 41038 seçicini əhatə edən 39 saylı DSK-da da seçkilərin şəffaf və demokratik keçirilməsi üçün bütün lazımı işlər görülüb. Məntəqələr texniki ləvazimatlara da təmin olunub, 9 veb-kamera işlək vəziyyətə gətirilib.
Gəncədə sayına görə, ən böyük mülki məntəqəni özündə birləşdirən 40 saylı DSK-da səsvermə günü 41874 seçicinin iştirakı gözlənilir. Dairənin məntəqələrində seçkilərin keçirilməsi üçün hazırlıq işləri aparılıb. Səsverməni 30 məntəqədən 11-də quraşdırılan veb-kamera vasitəsi ilə də izləmək mümkündür.
Xatırladaq ki, 1 noyabr milli məclisə keçiriləcək seçkilər Gəncənin 107 məntəqəsində baş tutacaq ki, burada da 158 min 772 seçicinin səs verəcəyi gözlənilir.
Qeyd edək ki, məntəqələrdə isə səsverməni müxtəlif siyasi partiyaları təmsil edən 1000-dən artıq müşahidəçi izləyəcək.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB