AVCİYA Seçki Qərargahının rəhbəri AŞPA nümayəndələri ilə görüşüb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı 1 noyabr 2015-ci il Azərbaycanda keçiriləcək Parlament seçkiləri münasibəti ölkəmizə gəlmiş Avropa Şurasının Parlament Assambleyasının seçki missiyasının üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, M. Zülfüqarlı assosiasiyanın parlament seçkiləri ilə bağlı gördüyü işlər barədə qonaqlara qısa məlumat verib. O, qeyd edib ki, AVCİYA seçkilərlə bağlı "Aralıq Hesabat(01 may – 01 sentyabr 2015-ci il)", " Azərbaycanda 2015-ci il 1 noyabr parlament seçkiləri ilə bağlı ATƏT/DTİHB-in Etiyacların Qiymətləndirilməsi Missiyasının hesabatına dair analitik təhlil", "AVCİYA-nın Azərbaycan Respublikasında 01 noyabr 2015-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar uzunmüddətli müşahidənin Hesabatı" və digər sənədləri hazırlayaraq ictimaiyyətə təqdim edib. M. Zülfüqarlı həmçinin qeyd edib ki, seçici fəallığını artırmaq məqsədi ilə Seçki Qərargahı regionlarda sentyabrın 12-dən başlayaraq regionların, oktyabrın 26-dan başlayaraq isə Bakı, Sumqayıt və Abşeron rayonun müşahidəçiləri üçün seminarlar keçirib. Bundan əlavə assosiasiya "Müşahidəçilər üçün yaddaş" kitabçası da nəşr edərək müşahidəçilərə təqdim etmişdir.
Görüşdə seçki öncəsi ictimai-siyasi vəziyyət, Azərbaycanda insan haqlarının vəziyyəti və s. məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB