Oktyabrın 26-dan etibarən fasiləsiz yağan yağışlar Lənkəranda bir sıra fəsadlar yaradıb. SİA-nın xəbərinə görə, aramsız yağışlar nəticəsində Lənkəranda bəzi evlər və yollar su altında qalıb. Lənkərançayda suyun səviyyəsi maksimum həddə çatıb. Bundan əlavə dağlıq massivlərdə də güclü yağıntı səbəbindən Bəşəruçay, Girdəniçay, Veravulçay və digər kollektorlarda daşqınlar baş verib. Çaylar məcrasından çıxaraq çayqırağı yaşayış evlərinə və fərdi təsərrüfatlara ziyan vurub. İsti-Su qəsəbəsində əsas körpüdə çökmə baş verib. Bir neçə kəndarası körpünü sel suları uçurub. Rayonun ən çox Şağlaser, Sütəmurdov, Yuxarı Nüvədi, Kərgəlan, Vilvan, Veravul kəndləri və şəhərin aşağı çayqırağı məhəlləsində vəziyyət daha gərgindir.
Girdəni kəndi ilə İstisu qəsəbəsini birləşdirən yeganə magistral avtomobil yolunun bəzi yerləri yarğanların uçması nəticəsində istifadə üçün təhlükəli vəziyyətə düşüb. Havzava kəndi ərazisində Havzava gölünün qoruyucu bəndinin isə uçmaq təhlükəsi yaranıb. Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlandığından nəqliyyat əlaqəsi kəsilib. Jidi-Gəgiran kəndləri arasında torpaq uçqunu nəticəsində kəndarası yol bağlanıb. Lənkəran çayın daşması nəticəsində yaxınlıqdakı "Xəzər Lənkəran" futbol komandasının stadionu da su altında qalıb. Sular stadionun qapılarından meydançaya daxil olub. Yağıntılı hava davam etməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB