Üç hərbi qulluqçumuz minaya düşdü

Üç hərbi qulluqçumuz minaya düşdü

Tovuz rayonu ərazisindəki qoşunların təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin üç hərbi qulluqçusu xəsarət alıb. İlkin ehtimala görə hadisəyə müharibə dövründən qalan partlayıcı səbəb olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi qulluqçulara ilkin tibbi yardım göstərildikdən sonra onlar yerli hərbi tibb müəssisəsinə çatdırılıblar. Xəsarət alanlar hazırda ixtisaslı həkim nəzarəti altındadır və həyati təhlükə yoxdur.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə