Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Gəncə, Gədəbəy, Samux, Göygöl və Daşkəsəndən olan vətəndaşlarla görüşüb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Samux rayon YAP-nın inzibati binasında Gəncə, Gədəbəy, Samux, Göygöl və Daşkəsəndən olan vətəndaşlarla görüşüb. Qəbul zamanı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib. Sakinlərin müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin monitorinqi və.s məsələlərlə bağlı olub. Qəbula yazılan hər bir sakinin probleminin həlli ilə bağlı nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Məsələlərin bir qismi isə elə yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq, aidiyatı strukturlara çatdırılacağı bildirilib.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə