Türkiyə Cümhuriyyətinin 92-ci il dönümü Gəncədə qeyd olunub

Türkiyə Cümhuriyyətinin 92-ci il dönümü Gəncədə qeyd olunub

Türkiyənin Gəncədəki Konsulluğunda Cümhuriyyətin 92-ci il dönümü qeyd olunub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhər rəhbərliyinin, Gəncədə çalışan türkiyəli iş adamlarının, ziyalılar və KİV nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində iki ölkənin dövlət himnləri səsləndirilib. Qardaş ölkənin 1923-cü ildən başlayan cümhuriyyət tarixinə qısa nəzər salınıb. Türkiyə Cümhuriyyətinin elan olunmasında və bütövlükdə ölkənin tarixi inkişafında böyük rol oynayan Mustafa Kamal Atatürkün xatirəsi anılıb. Bildirilib ki, bu tarixi günün Azərbaycanın ikinci böyük şəhərində qeyd olunması isə xüsusi önəm daşıyır. Çünki ötən əsrin əvvəllərində Azərbaycanla Türkiyənin tarixi bir-biri ilə əlaqəli olub. Cərəyan edən hadisələrin mərkəzində dayanan Gəncə isə bu tarixin yazılmasında xüsusi rol oynayıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə