Oktyabrın 32-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, mülayim şimal-qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin SİA-ya verdiyi məlumata görə, sabah havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-10, gündüz 10-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə oktyabrın 31-i axşamdan, noyabrın 1-i gündüzədək Abşeron yarımadasında xəzri küləyinin güclənməsi fonunda temperatur bir qədər enəcək və rütubətli hava şəraiti bəzi meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB