"Facebook" haqda bilmədikləriniz DİQQƏT

"Facebook" haqda bilmədikləriniz DİQQƏT

"Facebook" sosial şəbəkəsi demək olar ki, həyatımızın bir hissəsinə çevrilib. Lakin "Facebook" haqda bilmədiyimiz çox şey var. SİA sizə "Facebook" haqda bilmədiyiniz faktları təqdim edir.

1. Artıq cinayət növləri arasına "dostluqdan çıxartma" adlı bir anlayış daxil olub. Bu anlayış birbaşa olaraq "Facebook"la bağlı yaranan cinayət növüdür.

2. "Facebook" şəbəkədən çıxdıqdan sonra belə sizi izləyir. Belə ki, siz "Facebook"a "çıxış" verdikdən sonra belə sayt sizin hansı digər saytlara girdiyinizi izləyir. 2014-cü ildə "Facebook" rəhbərliyi "Ade Age"lə birgə "bəyən" düyməciyi vasitəsilə istifadəçilərin hansı digər saytlara daxil olduqlarını izləyə biləcəklərini qeyd edib.

3. "Facebook"da təxminən 30 milyon profilin sahibi hazırda həyatda yoxdur. Əgər bu tendensiya belə davam etsə 2060-cı ildə sahibi həyatda olmayan profillərin sayı yaşayan insanların profillərinin sayından daha çox olacaq.

4. "Facebook"un yaradıcısı olan Mark Zukerberqin profilini "əngəllə"yə bilməzsiniz. Buna icazə verilmir.

5. Xakkerlər gün ərzində təxminən 600 000 profili ələ keçirir.

6. "Facebook" 2009-cu ildən bu günə qədər Çində qadağan edilib. Çin hökuməti xalqın sosial platformada təbliğatı xarakter daşıyan yazılar yazdığını və toplantılar təşkil etdiyini gördükdən sonra "Facebook" və "Twitter" sosial şəbəkələrini ölkədə qadağan edib. Eyni hal Suriya, İran və Vyetnamda da yaşanır.

7. "Facebook"da profilə sahib olan hər 3 nəfərdən 1-i öz həyatından məmnun deyil. Araşdırmalara görə "Facebook"da olmaq bəzi insanlara özünü pis hiss etdirir. Çünki bəzi istifadəçilər "Facebook"da adi həyatda olmadıqları kimi davranırlar.

8. "Fecebook"un ilk "üzü" Al Paçino olub. Belə ki, "Facebook"un loqosunda ilk dəfə Al Paçinonun üzü əks olunub.

9. Dünyada hər 3 evlilikdən 1-i "Fecebook"a görə bitir.

10. "Facebook"un loqosunu və ana səhifəsini əks etdirən rəng mavidir. Bunun səbəbi isə "Facebook" yaradıcısı olan Mark Zukerberqdə rəng korluğunun olmasıdır. Qırmızı və yaşıl rəngləri ayırd edə bilməyən Mark "Facebook"un mavi rəngdə olmasını daha münasib bilib. O, yalnız mavinin bütün tonlarını görə bilir.

11. Aşağıdakı bölməyə nə isə yazıb, sonra fikrinizdən dönüb onu pozsanız və paylaşmasanız belə sizin yazdığınız yazı "Facebook"un yaddaşına həkk olunur.

12. "Facebook"un yaradıcıları Mark Zukerberq, Kris Hages, Dastin Maskovitsin profilinə sadəcə bir rəqəm yazaraq daxil olmaq olur. Belə ki, "Facebook"un "istifadəçi ünvanı" adlı bölməsi var. Burada öz istifadəçi adınızı qeyd edirsiniz. Məhz bu 3 şəxsin "istifadəçi ünvanı" rəqəmlə ifadə olunub. Məsələn, "facebook.com" yazıb onun ardına 4 rəqəmini əlavə etsək Mark Zukerberqin profilinə, 5 əlavə etdikdə isə Kris Hagesin profilinə daxil ola bilərsiniz. Bu rəqəmlərin nə məna verdiyi isə məlum deyil.

https://www.facebook.com/4

https://www.facebook.com/5

Bütün xəbərlər Facebook səhifəmizdə