Qubada daha 2 subartezian quyusu istifadəyə verildi

Qubada daha 2 subartezian quyusu istifadəyə verildi

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti paytaxtla yanaşı, regionlarda da əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirləri davam etdirir. SİA-nın Şimal bölgəsinin verdiyi məlumata görə, növbəti belə tədbir Quba rayonunun Zərdabi qəsəbəsində həyata keçirilib. Qəsəbənin fasiləsiz və keyfiyətli içməli su ilə təmin etmək məqsədi ilə 2 ədəd yeni subartezian quyusu qazılıb. Subartezian quyularının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə qeyd olunub ki, kənd və qəsəbələrdə belə lahiyələrin həyata keçirilməsi xususi olaraq diqqətdə saxlanılır. Zərdabi qəsəbəsini içməli su ilə təmin edən subartezian quyuları istismara yararlı olmadığından burada yeni quyuların qazılması qərara alınıb.

Quba rayonunun Zərdabi qəsəbəsinin içməli su təhcizatı sistemlərinin yenidən qurulması lahiyəsi 3900 sakinin içməli su təhcizatının yaxşılaşdırılmasına hesablanıb. Yeni subartezian quyularından çıxan su 7 km və 5 km uzunluğunda olan iki magistral kəmərlə qəsəbəyə çatdırılır. Hazırda qəsəbə sakinləri 4.5 km uzunluğu olan paylayıcı şəbəkə vasitəsilə ilə içməli su alır. Su təhcizatının daynıqlığını təmin etmək üçün, yerli bələdiyyə tərəfindən hər birinin tutumu 16 kub metr olan iki ədəd su çəni quraşdırılıb. Vurulan yeni subartezian quyuları Zərdabi qəsəbəsinin içməli su problemini tam həll etmədiyindən ərazidə daha 2 quyunun qazılması planlaşdırılır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə