Gənclər üçün Təhsil Mərkəzi beynəlxalq qurumda təmsil olunacaq FOTOLAR

Gənclər üçün Təhsil Mərkəzi beynəlxalq qurumda təmsil olunacaq FOTOLAR

Gənclər üçün Təhsil Mərkəzi Avropa Gənclər Klubları Konfederasiyasının İspaniyanın Barselona şəhərində Baş Assambleyasında iştirak edib. Mərkəzdən SİA-ya verilən məlumata görə, Avropanın 20-dən artıq ölkəsinin təmsil olunduğu bu qurumun əsas məqsədi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində gənclərin rolunu dəstəkləyən fəal gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirməsinə və qeyri-formal təhsilin inkişaf etdirilməsinə kömək etməkdir.

Gənclər üçün Təhsil Mərkəzinin beynəlxalq əlaqələr üzrə ekspertlərinin iştirakı ilə keçirilmiş yekun iclasda Mərkəzin Konfederasiyanın idarə heyətində təmsil olunması irəli sürülüb.Müzakirələr zamanı Gənclər üçün Təhsil Mərkəzinin 2015 –ci il ərzində həyata keçirdiyi 68 –dən çox tədbir haqqında ətraflı təqdimat etmiş və üzv ölkələrin nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə qeyd edib ki, bu gün ölkəmizin beynəlxalq nüfuzu, aparılan səmərəli gənclər siyasətinin həmçinin Mərkəzin effektiv fəaliyyətinin nəticəsidir ki, təşkilatımız Konfederasiyaya müşahidəçi üzv olmadan birbaşa assosiativ üzv olub:"Bununla yanaşı 2 il keçməmiş Mərkəzi tamhüquqlu üzv kimi beynəlxalq quruma qəbul etdilər. Bütün bu nəticələrin qarşısında biz ölkəmiz adına beynəlxalq qurumda daha geniş söz sahibi olmamız üçün Konfederasiyanın idarə heyətinə namizədliyimizi irəli sürmüşük. Tezliklə beynəlxalq qurumun daha ali mövqelərində təmsil olunacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə