Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliy¬yat Briqadasında gənclərin zabit və əsgərlərlə görüşü təşkil edilib.
Görüşdə Naxçıvan Müəllimlər İnstitutu və "Naxçıvan" Universiteti tələbələri iştirak ediblər. Görüşün keçirilməsində məqsəd gənclərə vətənpərvərlik hissinin aşılanması, çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması, onların Vətənə məhəbbət, dövlətə sədaqət ruhunda tərbiyə olunması və əsgərlərdə ruh yüksəkliyinin artırılmasıdır.
Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliy¬yat Briqadasının zabiti, baş leytenant Orxan Seyidov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabiti, mayor Məftun Xəlilov çıxışlarında tədbirin keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası müasir maddi-texniki bazası, yüksək döyüş qabiliyyəti ilə seçilir.
Son illər briqadanın ərazisində müasir standartlara uyğun yaşayış binaları, yeməkxana, anbarlar, müasir qazanxanalar və digər sosial-məişət obyektləri inşa edilib, hərbi hissə abad və yaraşıqlı şəhərciyə çevrilib. Şəxsi heyətin geyimi, qidalanması, yaşayış və məişət şəraiti diqqət mərkəzində saxlanılır. Bütün bu görülən işlər şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini daha da yüksəldir.
Gənclər briqadanın ərazisində yerləşən əsgər yataqxanası, xəstəxana və təlim-tədris mərkəzi ilə tanış olublar.
Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin təqdim etdiyi konsert proqramı alqışlarla qarşılanıb.
Sonda gənclər əsgər yeməkxanası ilə tanış olub, əsgərlərlə birlikdə nahar ediblər.AZƏRTAC
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB