Biləcəri və Xırdalanda Bakı-Sumqayıt-Bakı qatarları üçün hazırlıq işləri aparılır AÇIQLAMA

Biləcəri və Xırdalanda Bakı-Sumqayıt-Bakı qatarları üçün hazırlıq işləri aparılır AÇIQLAMA

"Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarları yaxın vaxtlarda Biləcəri və Xırdalan stansiyalarında da dayanacaq". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib. O qeyd edib ki, "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş yüksək komfortlu ikimərtəbəli elektrik qatarlarının Bakı sərnişin stansiyasından birbaşa Sumqayıt sərnişin stansiyasına getməsi müvəqqətidir.

Bildirib ki, Biləcəri və Xırdalan stansiyalarında sözügedən qatarların dayanması üçün hazırlıq işləri aparılır: "Hər iki stansiyada platformalar yenidən qurulur və baş yollar əsaslı təmir olunur. Burada yol ayrıcları da inşa olunur. Platformalarda turniketlər quraşdırılır. Yəni ki, stansiyalar yeni qatarlara uyğunlaşdırılır. Yaxın vaxtlarda Bakı-Sumqayıt-Bakı qatarları bu stansiyalarda da dayanacaq".

Xatırladaq ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları bu ilin sentyabr ayının 12-də hərəkətə başlayıb. Hərəkətə başlayan gündən oktyabrın 27-dək bu qatarlar 74059 nəfər sərnişinə xidmət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə