Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səttar Suliddin oğlu Mehbalıyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında həmkarlar hərəkatının inkişafında səmərəli fəaliyyətinə görə Səttar Suliddin oğlu Mehbalıyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB