Elman Mehdiyev: "Pensiya fondlarının yaradılması ilə bağlı konkret qrafik müəyyənləşdirilib"
"Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılmasında hazırlanan qanunvericilik layihəsi üçün islahat konsepsiyasına uyğun olaraq konkret qrafik müəyyənləşdirilib". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev söyləyib.
Sədr bildirib ki, layihə üzrə işlər bu ilin noyabrında başa çatacaq: "Qrafikə uyğun olaraq ekspertlər beynəlxalq təcrübəyə əsaslanmaqla qanunvericilik layihəsini hazırlayıb, ilin sonuna qədər hökumətə təqdim etməlidir. Hazırda bu istiqamətdə görülən işlər qrafikə uyğun sürətlə davam edir. Layihənin təsdiqlənməsindən sonra qanunvericiliyə uyğun şəkildə növbəti mərhələlərə start veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB