MSK: "Seçkilərdə 500-ə yaxın beynəlxalq müşahidəçi iştirak edəcək" Açıqlama
Bu il Azərbaycanda keçiriləcək seçkiləri izləmək üçün 500-ə yaxın beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Bu barədə SİA-ya Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr üzrə şöbə müdiri Şahin Əsədli məlumat verib.
Onun sözlərinə görə, müşahidəçilərin 40-dan çoxu beynəlxalq təşkilatların təmsilçiləri və eyni zamanda 50-dən artıq ölkənin vətəndaşlarıdır: "Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarına 63 mindən çox yerli müşahidəçilər akkreditasiya edilib. Bu müşahidəçilər çoxsaylı siyasi partiyaların, siyasi partiya blokunun, vətəndaş cəmiyyəti institutlarının namizədləri, eyni zamanda öz təşəbbüsü ilə seçkilərə qoşulan müşahidəçilərdir".
Şahin Əsədli bildirib ki, seçki məntəqələrində quraşdırılan veb kameralar ölkənin bütün coğrafiyasını əhatə edir və bu seçki prosesində çox mühüm rol oynayır: "Həmin veb kameralar vasitəsilə dünyanın istənilən nöqtəsində yaşayan və internetdən istifadə imkanı olan hər bir şəxs Azərbaycana gəlmədən, seçki məntəqəsində olmadan belə istədiyi an ölkənin seçki komissiyasının internet səhifəsinə daxil olub heç bir qeydiyyat tələb olunmadan, qeydiyyatdan keçmədən və ya hər hansı bir video proqram yükləmədən məntəqələrdə olan prosesi rahat, sərbəst və fasiləsiz şəkildə izləyə biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB