"Mərkəzi Seçki Komissiyası və aidiyyatı qurumlar seçicilərin azad və sərbəst şəkildə öz iradələrini ifadə etmələri üçün hər bir şəraiti yaradıb". Bu sözləri SİA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr üzrə şöbə müdiri Şahin Əsədli deyib.
O bildirib ki, Azərbaycanda keçirilən seçkilərdə Mərkəzi Seçki Komissiyası və aidiyyatı qurumlar tərəfindən seçicilərin azad və sərbəst şəkildə seçki məntəqələrinə gəlib öz iradələrini ifadə etməsi üçün hər bir şərait yaradılıb: "Mərkəzi Seçki Komissiyası (MSK) 2003-cü ildən etibarən gözdən əlil vətəndaşlarımız üçün seçkilərdə sərbəst şəkildə iştirak etməyə şərait yaradıb. Gözdən əlil şəxslərin seçkilərdə sərbəst və azad şəkildə iştirak etmələri üçün trafaretlərdən istifadə edilir. Bu trafaretlərdə seçki bülletenində olan məlumatlar əks olunub. Trafaretlər vasitəsilə gözdən əlil seçicilər barmaqları ilə məlumatları oxuya biləcəklər. Bu trafaretlərdə məlumatlar brayl əlifbası ilə yazılıb. Seçki günü məntəqəyə gələn gözdən əlil şəxslərə siyahı trafaret formada verilir ki, seçicilər öz iradələri əsasında seçimini sərbəst şəkildə ifadə edə bilsinlər. Hazırda bütün trafaretlər hazırlanıb və seçki komitələrinə paylanıb".
Şahin Əsədovun sözlərinə görə, seçkilərdə hərəkət qabiliyyəti olmayan seçicilər üçün də şərait yaradılıb: "Hərəkət qabiliyyətindən məhrum olmuş şəxslər üçün seçki məntəqələrində panduslar quraşdırılıb. Bu proses yekunlaşıb həmin seçicilərimiz üçün açıq və hazır vəziyyətə gətiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB