İran-ABŞ münasibətlərində gərginlik

Rəsmi Tehran iranlı mühəndisin ABŞ-da həbsini qanunsuz sayır
İran-ABŞ münasibətlərində gərginlik

Rəsmi Tehran ABŞ-da İran vətəndaşı Müzəffər Xəzainin həbsini qanunsuz hesab edir və onun dərhal azadlığa buraxılmasını istəyir. Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfğam oktyabrın 26-da keçirdiyi həftəlik brifinqdə deyib. O bildirib ki, M. Xəzainin azad edilməsi üçün İran hökuməti lazım olan hüquqi addımları atır. ABŞ-ın qondarma faktlar əsasında iranlı mühəndisi həbs etməsinin siyasi xarakter daşıdığını və beynəlxalq hüquqa zidd olduğunu deyən M. Əfğam İran vətəndaşına qarşı irəli sürülən ittihamları əsassız adlandırıb.

Xatırladaq ki, bir neçə ay əvvəl ABŞ-da həbs edilən iranlı mühəndis M. Xəzai casusluqda ittiham olunur. Onun F-35 və F-22 qırıcı təyyarələr barədə məlumat əldə edərək İrana ötürdüyü bildirilir. Bu ittihamla həbs edilən iranlı mühəndis 8 il azadlıqdan mərhum edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə