"Sərnişin vaqonları “Stadler Rail Group”-dan alınacaq" Açıqlama
"Biz tərəfdən nəzərdə tutulan hissənin tamamlanması 2015-ci ilin sonunda reallaşacaq". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
O, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə veriləcəyi vaxt barədə məlumat verib.
Nadir Əzməmmədov bildirib ki, 2016-cı ildə isə dəmir yolunun digər hissəsinin də başa çatdırılması nəzərdə tutulub. Onun sözlərinə görə, ilk öncə yük qatarları istifadəyə veriləcək, daha sonra isə sərnişin qatarlarının istifadəyə verilməsi gözlənilir: "Artıq sərnişin vaqonları sifariş olunub. Sərnişin vaqonları "Stadler Rail Group" şirkətindən alınacaq".
O bildirib ki, sifariş olunmuş 30 sərnişin vaqonlarından 10-u 2016-cı ilin ortalarında, təqribən iyul, avqust aylarında ölkəyə gətiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB