"Burada iştirakım məndə ordumuz haqqında tam təsəvvür yaratdı. Əsgərlərimizə yaradılan şəraiti gözlərimlə gördüm. Bir daha əmin oldum ki, işğal altında olan Qarabağımızı yağı düşməndən azad edəcəyimiz gün elə də uzaqda deyil". Bu sözləri Gəncədəki hərbi hissədə keçirilən "Açıq qapı" günündə Bərdə rayonu, Cəyirli kənd sakini Asif Ələkbərov azərtac-a müsahibəsində deyib.
Azərbaycan Ordusunda yaradılan şəraitin onda qürur hissi doğurduğunu bildirən A.Ələkbərov, həmçinin əlavə edib ki, oğlu Sübhan da evə yazdığı məktublarda xidmət etdiyi hərbi hissədə yaradılan şəraitdən daim razılıqla bəhs edib: "Yaradılan bu imkandan istifadə edərək, buraya gəldim və oğlumun dediklərinin canlı şahidi oldum. Əsgərlərimiz qayğı ilə əhatə olunub. Bütün bunlara görə Ali Baş Komandanımıza minnətdaram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB