Müsavatın mitinqi keçirilib

Bu gün Müsavat Partiyası Yasamal rayonunda yerləşən "Məhsul" stadionunda seçkiqabağı təşviqat mitinqi keçirib. SİA-nın məlumatına görə, insidentin qeydə alınmadığı aksiyada təxminən 500-ə yaxın adam iştirak edib. Mitinqdə Müsavat partiyasından Milli Məclisə namizədliyi irəli sürülmüş şəxslər, onların vəkilləri, habelə partiyanın funksionerləri, fəalları və üzvləri iştirak ediblər.

Seçkiqabağı təşviqat aksiyasında çıxış edən partiya funksionerləri Müsavatdan olan namizədlərin seçki platforması barədə mitinq iştirakçılarına məlumat veriblər və seçiciləri fəal olmağa, həmin namizədlərə səs verməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə