Gələn həftədən qar yağacaq Xəbərdarlıq

Gələn həftədən qar yağacaq Xəbərdarlıq

Gələn həftədən etibarən ölkə ərazisində yenidən qeyri-sabit hava şəraiti hökm sürəcək. SİA xəbər verir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə oktyabrın 26-dan 29-dək ölkə ərazisində yenidən hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə yağışın intensiv olacağı, yüksək dağlıq ərazilərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur tədricən 4-7 dərəcə aşağı enəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə