Azərbaycan qış vaxtına keçib. SİA-nın məlumatına görə, oktyabrın 25-də saat 05:00-da saatlar bir saat geri çəkilməklə respublika ərazisində yay vaxtı ləğv edilib.
Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB