Oktyabrın 24-də axşam saatlarında dünyanın 300-dən artıq abidəsi, o cümlədən İtaliyadakı Piza qülləsi BMT-nin yaranmasının 70-ci ildönümü münasibətilə qurumun rəsmi rəngi olan maviyə bürünəcək.
İtaliyanın AGİ Agentliyinin məlumatına görə, əsasən dünya ölkələrinin önəmli abidələri, eləcə də Sidneydəki Opera Evi, Giza Piramidaları, Rio-de-Janeyrodakı İsa Məsihin heykəli və digər möhtəşəm tikililər BMT Xartiyasının sonsuz dəyərinin göstəricisi olaraq mavi rəngə boyanacaq.
BMT-nin baş katibi Pan Gi Munun qurumun ildönümü ilə bağlı bəyanatında deyilir: "Dünya gözlərimizin önündə dəyişir. Lakin BMT Xartiyasının əbədi dəyərləri dəyişməz olaraq qalır. Əsas vəzifəmiz insanlara xidmət etmək üçün gücümüzü birləşdirməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB