Azərbaycan Prezidenti avstriyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti avstriyalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriyanın Federal Prezidenti Haynts Fişerə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

Hörmətli cənab Federal Prezident,

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim sülh və firavanlıq diləyirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə