Şeyx Təzəpir məscidində qan verdi FOTOLAR - VİDEO

Şeyx Təzəpir məscidində qan verdi FOTOLAR - VİDEO

Bu gün Aşura günü ilə əlaqədar olaraq Təzəpir məscidində qanvermə aksiyası keçirilir. SİA-nın məlumatına görə, Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb. Aksiyalar ölkənin 14 məscidində keçirilir.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva diqqətə çatdırıb ki, Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası saat 7:30-da başlayıb və saat 10:00-a qədər 108 nəfər qanvermə aksiyasında iştirak edib: "Ölkənin 14 məscidində 1000-dən çox insan qan verib. Ötən il Aşura günü ilə əlaqədar olaraq qanvermə aksiyasında 4670 nəfər iştirak etmişdi. Düşünürəm ki, bu il də aşağı rəqəmlər olmayacaq".

Qafqaz Müsəlmanla İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı və Rus Pravoslav Kilsəsinin rəhbəri Aleksandr Ata da Aşura günü əlaqədar qan veriblər.

Qafqaz Müsəlmanla İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Aşura gününü insanlar sovet dövründə də qeyd etdiklərini söyləyib. Bildirib ki, həmin vaxtlar insanlar məscidlərdə yığışa bilməsələr də, evlərdə qeyd edirdilər".

Şeyxülislam bildirib ki, Azərbaycanda tolerantlıq, din və dövlət münasibətləri ən yüksək səviyyədədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyədə, İranda olarkən o ölkələrdə də Aşurada qan verilməsini gördüyünü söyləyib. Diqqətə çatdırıb ki, o, hər il qanvermə aksiyasında iştirak edir.

Rus Pravoslav Kilsəsinin rəhbəri Aleksandr Ata isə Aşura günü ilk dəfə qan ver verdiyini söyləyib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında qeyd olunub ki, Aşura mərasimləri məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumları tərəfindən müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir və qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Fətvada qeyd olunurdu ki, əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə