Gəncədə dindarların yürüşünün qarşısının alınmasına QMİ-dən MÜNASİBƏT
"Məhərrəmlikdə, Aşura günündə həmişə kütləvilik olub. Gəncədə baş verənlər də mətbuatın yazdığı kimi deyil. Orada insanlar Şah Abbas məscidinə yürüş etmək istəyiblər. Lakin bunun qarşısı alınıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib.
O bildirib ki, Gəncədə bir qrup insan məsciddən İmamzadəyə piyada yürüş etmək istəyib: "Ziyarətgaha qədər məsafə böyükdür, haqlı olaraq yürüşə icazə verilməyib. Biz hər zaman söyləmişik ki, kütləvilik olsa da, yürüş olmamalıdır. Azərbaycanda dini tolerantlıq mövcuddur, dinlərarası münasibətlər yüksək səviyyədədir".
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də sözügedən məsələyə münasibət bildirib. Diqqətə çatdırıb ki, Gəncədə baş verənləri bu dərəcədə qabartmaq lazım deyil: "Bəziləri ziyarətgahın, məscidin bağlandığını demələri yanlışdır. Heç kim məscidi bağlamayıb. Bunu siyasiləşdirmək istəyənlər də var. Burada hər hansı siyasi məsələdən söhbət gedə bilməz ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB