“Seçkilər” Media Mərkəzi və Seçki-2015.az saytı fəaliyyətə başlayıb FOTO
Oktyabrın 20-dən etibarən "Seçkilər" Media Mərkəzi və Seçki -2015.az saytı fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd 2015-ci il Milli Məclisə seçkilər, seçki prosesinin ayrı-ayrı mərhələləri, seçki institutlarının, müşahidə missiyalarının, "exit-poll" keçirən təşkilatların fəaliyyəti, namizədlər və s. haqqında Azərbaycan ictimaiyyətini, yerli və xarici jurnalistləri obyektiv və dolğun məlumatlandırmaqdır.
Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən Seçki -2015.az saytı dövlət orqanları, Mərkəzi Seçki Komissiyası, vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqələr quraraq yerli və xarici ictimaiyyətin diqqətinə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəylərini, açıqlama və bəyanatlarını təqdim edir, habelə seçki prosesi ilə bağlı bütün məsələləri geniş işıqlandırır.
Seçki-2015.az saytında yayımlanan informasiyalar ilə, həmçinin Mərkəzin "Facebook" və "Twitter" səhifələrində də tanış olmaq mümkündür:
https://www.facebook.com/Secki2015az-831201900334420/
https://twitter.com/SECKI2015AZ

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB