“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin növbəti tədbiri Yevlaxda
"Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində növbəti tədbir 23 oktyabr 2015-ci il tarixdə Yevlax şəhərində keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə millət vəkili İlham Məmmədov, Yevlax RİH-nin nümayəndələri və bu şəhərin Gənclər və İdman İdarəsinin rəhbəri iştirak edib.
Tədbirin sonunda tədbirdə iştirak edən 200-ə qədər uşağa müxtəlif idman ləvazimatları paylanıb.
Bu barədə məlumatı AFFA-nın 1-ci vitse-prezidenti " Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsinin rəhbəri Rauf Əliyev təqdim edib.
Qeyd edək ki, Azərbaycanda 2003-cü ildən başlayaraq "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində tədbirlər həyata keçirilir. Layihənin həyata keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq və sağlam həyat tərzini təbliq etmək etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB