“İçərişəhər və “Qala” qoruqlarının muzeylərində ziyarәtçilәrin sayı artıb

“İçərişəhər və “Qala” qoruqlarının muzeylərində ziyarәtçilәrin sayı artıb

YUNESKO‑nun Dünya Maddi İrs Siyahısında yer almış İçәri Şәhәrin dünya әhәmiyyәtli abidәlәri ‑ Qız qalası vә Şirvanşahlar Sarayı Kompleksi hәr il minlәrlә yerli vә xarici qonağı qәbul edir. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya verilən məlumata görə, aparılmış uzunmüddәtli konservasiya işlәrindәn vә yeni muzey ekspozisiyasının qurulmasından sonra 2014-cü ildə Qız qalası yenidәn öz qapılarını ziyarәtçilәr üçün açmış, Şirvanşahlar Sarayı Kompleksindә isə dünya standartlarına cavab verәn yeni muzey ekspozisiyası yaradılaraq ictimaiyyәtә tәqdim edilib. Hәr iki ekspozisiya açıldığı ilk gündən etibarən ziyarətçilər, istər yerli, istərsə də xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Bunu söyləmək kifayətdir ki, 2014-cü ilin nəticələrinə əsasən Qız qalasının ziyarətçilərinin sayında ötən illərə nisbətdə iki dəfəyə, Şirvanşahlar Sarayı Kompleksində isə 50%-ə qədər artım müşahidə edilib.

2015-ci ildə İçәri Şәhәrin muzeylərinə gәlәn ziyarәtçilәrin sayının daha da artması müşahidә olunur. Belə ki, 2015-ci ilin 9 ayı ərzində Qız qalasını 155.614 nəfər (2014-cü ilin eyni dövründə - 137.235), Şirvanşahlar Sarayı Kompleksini isә 73.455 nəfər (2014-cü ilin eyni dövründə - 63.154) qonaq ziyarәt edib.

Bunlarla yanaşı, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna gələn ziyarətçilərin sayında həmçinin ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. 2015-ci ilin 9 ayı ərzində Qoruğu 68.469 nəfər (2014-cü ilin eyni dövründə - 48.174) ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə