ABŞ dollarından imtina oluna bilərmi? VİDEO

ABŞ dollarından imtina oluna bilərmi? VİDEO

MDB Вövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən iclasında Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinin ticarət əlaqələri zamanı hesablamaların milli valyuta ilə aparılması fikrini dəstəkləməsi dövriyyədə dollardan imtina məsələsini yenidən gündəmə gətirdi. Belə ki, MDB ölkələrinin əksəriyyətinin milli valyutalarının öz dəyərini itirdiyi bir vaxtda qarşılıqlı iqtisadi fəaliyyətin yeni formalarının axtarılması zərurəti yaranır.

Bir müddət öncə İran və Türkiyə də Azərbaycana dollardan imtina edilməsi barədə təklif irəli sürmüşdü. Türkiyə Mərkəzi Bankının sədr müavini Necati Şahin dollardan imtina ediləcəyi təqdirdə bunun dolların məzənnəsinin tez-tez dəyişdiyi bir zamanda hər iki ölkə üçün daha faydalı olacağını bildirmişdi. O hesab edir ki, başqa bir ölkənin valyutasından asılı olmadan öz milli valyutalarımızla alış-veriş etmək istər Türkiyə, istər də Azərbaycanın dolların məzənnəsinin qeyri-sabitliyi ilə bağlı üzləşdikləri riskləri minimuma endirə bilər.

İqtisadçı Ruslan Atakişiyev hesab edir ki, dollardan imtina edilməsi Amerika Birləşmiş Ştatlarının (ABŞ) milli iqtisadiyyatlara təsir imkanlarını da azaldar.

Qeyd edək ki, son vaxtlar bir sıra ölkələrdə dollardan imtina tendensiyası müşahidə olunur. İran, Türkiyə, Rusiya, Çin, Cənubi Koreya və bir sıra ölkələr xarici ölkələrlə ticarət əlaqələri zamanı dollardan imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə