Bu günün tarixi, tarixin bu günü

Yaddaşlara yazılan tarixə birgə nəzər salaq
Bu günün tarixi, tarixin bu günü

Əhəmiyyətli hadisələr

732-ci ildə Puatye döyüşündə ərəblər məğlub oldu.

1714-cü ildə Səfəvi hökmdarı Sultan Hüseynin nümayəndəsi Məhəmməd Rza bəy Marseldə fransız kralı 14-cü Lui ilə görüşüb.

1814-cü ildə Tibb tarixində ilk plastik əməliyyat İngiltərədə keçirilib.

1942-ci ildə Əl- Əlameyn döyüşü başladı.

1946-cı ildə Nyu-Yorkda BMT-nin ilk sessiyası keçirilib.

1954-cü ildə Almaniya NATO-ya daxil oldu.

1956-cı ildə Macarıstanı antisovet üsyanı bürüdü.

1958-ci ildə SSRİ Asuan bəndinin tikintisinə maliyyə vəsaiti ayırdı. Bəndin layihəsini Bakıdakı elmi-tədqiqat institutları hazırlayıb.

1978-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Naxçıvan MSSR-in Naxçıvan rayonu Babək rayonu adlandırılıb.

1983-cü ildə Beyrutda amerikan və fransız sülhməramlılarının kazarmasına kamikadze hücumu nəticəsində 300-dən çox əsgər həlak olub.

1991-ci ildə SSRİ Dövlət Şurasının ("Avqust qiyamı"ndan sonra ittifaq parlamenti tərəfindən təsis edilən və SSRİ-nin "sökülməsi"ni həyata keçirən müvəqqəti idarəetmə orqanı) qərarı ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ləğv edilib.

1996-cı ildə Roma papası Darvin nəzəriyyəsinin hipotez olduğunu iddia edib.

1998-ci ildə Ölkədəki növbəti prezident seçkilərindən (11 oktyabr 1998) sonra Konstitusiyanın tələbinə uyğun olaraq istefaya getmiş Nazirlər Kabinetinin yeni tərkibi formalaşıb.

2000-ci ildə Pensilvaniya Universiteti alimləri yaşı 250 min il olan bakteriya aşkar ediblər.

2003-cü ildə Moskva nın Dubrovka teatrında çeçen terrorçular 800 tamaşaçını girov götürdülər. Girovlar arasında Azərbaycan vətəndaşları da vardı.

2002-ci ildə ARDNŞ-in 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyev Vaşinqtona səfərə gedişində ABŞ-ın vitse-prezident Riçard Çeyni ilə, konqresmenlərlə, siyasi dairələrlə görüşlər keçirib.

2007-ci ildə Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri başlanıb.

Doğumlar

598-ci ildə Əli bin Əbu Talib

1812-ci ildə Seyid Əbülqasim Nəbati - şair (ö. 1873).

1940-cı ildə Pele - məşhur Braziliya futbolçusu.

1990-cı ildə Aksel Enström.

1953-cü ildə Baltacı Araz - Şair (ö. 2012)

Ölümlər

1993-cü ildə Hacıbaba Hüseynov - müğənni (d. 1919).

Bayramlar və xüsusi günlər

Macarıstanda respublika günü.

Bütün xəbərlər Facebook səhifəmizdə