İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Gəncəyə səfərləri çərçivəsində oktyabrın 22-də Gəncə Dövlət Universitetində olublar. Qonaqları çoxsaylı kollektiv adından salamlayan universitetin rektoru Yusif Yusibov qədim tarixə malik bu ali təhsil müəssisəsinin yaranma tarixi, onun fakültələri, xarici ölkələrin ali təhsil müəssisələri ilə əlaqələri haqqında ətraflı məlumat verib.

Nümayəndə heyətinin üzvü, İran İslam Respublikasının Təbriz Tibb Universitetinin rektoru, professor Məhəmməd Hüseyn Somi, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin məsul işçisi İsmayıl Babayi çıxış edərək Gəncə universiteti ilə əməkdaşlıq əlaqələri qurulmasının əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin qurulması müsbət nəticələr verə bilər.
Sonra iranlı qonaqlar universitetin tədris bazası ilə yaxından tanış olublar.
Rektor Yusif Yusibov qonaqlara universitetin təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrinin əl işlərindən ibarət suvenirləri hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB