“Fahişə kimi yanına getdiyim oğlanla evləndik” Azərbaycanlı fahişələrdən şok açıqlamalar
Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən 1968-ci il təvəllüdlü Leyli Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Təqsirləndirilən şəxs Leyli Məmmədova qadınları maddi imkansızlıqları ilə əlaqədar zəiflik vəziyyətlərindən sui-istifadə edərək Rusiyaya aparıb orada fahişəliyə cəlb edib.
Belə ki, Məmmədova Leyli Arif qızı 2005-ci ilin noyabr ayının ortalarında D.Cəfərovaya (soyad şərtidir), K.Qulizadəyə və M.Dəmirovaya Moskva şəhərində xidmətçi kimi işə düzəldəcəyini deyib. Hər üç qadın razılıq bildirdikdən sonra onları 18 dekabr 2005-ci il tarixdə qatarla "Yalama" sərhəd buraxılış məntəqəsindən keçirərək Moskvaya aparıb, 16 mart 2006-cı il tarixinədək D.Cəfərova və K.Qulizadəni, 2006-cı ilin iyun ayına qədər isə M.Dəmirovanı hər gün bir neçə kişi ilə görüşdürüb. Leyli Məmmədova 2006-cı ilin oktyabrında kirayə yaşadığı evdə E.Kazımovaya (soyad şərtidir), E.Əliyevaya Moskvaya gəlib onun nəzarəti altında fahişəliklə məşğul olmağı təklif edib. Əldə ediləcək gəliri isə yarı-yarı böləcəklərini razılaşdırıblar. Onlar 26 oktyabr 2006-cı il tarixdə Moskva gediblər, orada Leyli Məmmədovanın kirayə yaşadığı mənzildə qalıblar. E.Əliyeva 29 dekabr 2006-cı il tarixədək, E.Kazımovanı isə 15 yanvar 2007-ci il tarixə kimi orada fahişəliklə məşğul olub sonra Bakıya qayıdıblar.

Leyli Məmmədova 2007-ci ilin avqustunda Moskvadan E.Kazımovaya zəng edərək təkrar "işə" cəlb edib. E.Kazımova razılığını bildirdikdən sonra 17 avqust 2007-ci il tarixdə Moskvaya gedib, Leyli Məmmədova onu 11 sentyabra kimi bir neçə kişi ilə görüşdürüb cinsi əlaqədə olmasını təşkil edib. Bakıda qayıdan E.Kazımova 10 fevral 2008-ci ildə Leylinin təklifi ilə yenidən Moskvaya gedib və martın 4-nə kimi orada fahişəliklə məşğul olub. E.Kazımova bu dəfə geri qayıdandan sonra Leyli Məmmədova özünə təzə işçi axtarıb və C.Ömərovaya və T.Quliyevaya gəliri yarı-yarı bölməklə Moskvada fahişəlik, A.Qulamovaya (soyad şərtidi) isə mağazada satıcı vəzifəsi təklif edib. A.Qulamova martın 22-nə kimi, T.Quliyeva iyunun 6-na kimi, C.Ömərova isə iyulun 7-nə kimi Moskvada pul qarşılığında kişilərlə cinsi əlaqədə olublar.
Bir neçə dəfə Moskvaya "səfər etmiş" E.Kazımova təkrar Leyli ilə işləməyə başlayıb və martın 20-dən aprelin 14-ə kimi Moskvada fahişəlik edib, Leyli ilə şərik olublar. Leyli Məmmədova "işçilərini" Moskvada qoyub özü Bakıya gəlib və Gənclik stansiyasının yaxınlığındakı "Macdonalds" restoranında S.Xalıqbəyova ilə görüşüb. Ona da "şərik iş" təklif edib və razılığını alıb. S.Xalıqbəyova 29 avqust 2008-ci il tarixdə Moskvaya gedib 11 noyabr 2008-ci ilədək fahişəliklə məşğul olub. Leyli Məmmədova bu dəfə yenə köhnə tanışı E.Kazımovanı yanına çağırıb. Kazımova iyunun 28-dən iyulun 27-nə kimi Moskvada "fəaliyyət göstərib". Artıq bir dəfə Leyli ilə "işləyən" T.Quliyeva təkrar Moskvaya gedib və iyulun 14-dən sentyabrın 30-na kimi köhnə peşə ilə məşğul olub. Artıq bir dəfə Moskavaya gedib təcrübə toplayan C.Ömərova özünə başqa bir şərik tapıb. O S.Qasımovaya (soyad şərtidir) birlikdə işləmək təklifi verib və razılıq da alıb. Onun yol xərclərini və sənəd işlərini də özü həll edib. C.Ömərova yeni "işçi"ni Leyli Məmmədovaya təhvil verib, bununla da S.Qasımova Moskvada bir ay fahişəlik edib.
Təqsirləndirilən şəxs Leyli Məmmədova məhkəmədə ifadə verərək özünü təqsirli bildiyini deyib. O bildirib ki, Moskvada olan zaman Esmira adlı tanışı ona D.Cəfərovanın telefon nömrəsini verib: "Mən Cəfərova ilə dostum Vəfanın Sumqayıtdakı evində görüşdüm. K.Qulizadə də onun birlikdə gəlmişdi. Onlar özləri mənə təklif etdilər ki, şərait yaradım gəlib fahişəlik etsinlər. Cəfərova dedi ki, onun tanışı M.Dəmirova da onlarla getmək istəyir. Dedilər qazancı bölərik, sənə də kirayə puluna kömək edərik. Bircə Vəfa istəmədi, onlar üçü ilə razılaşdıq. Müştərilər qızları evdən götürürdü, onlarla cinsi əlaqədə olduqdan sonra gətirib evə qoyurdular. Pulları da razılaşdığımız kimi yarı bölürdük.

Sonra təsadüfən E.Kazımova isə tanış oldum, tanışım Akifə isə mənə E.Əliyevanı məsləhət bildi. Akifənin dostu dedi ki, əvvəllər də Moskvada olub, özü təklif etdi ki, mənim köməkliyimlə gəlib fahişəlik etsin. E.Kazımova və E.Əliyevanı özümlə Moskvaya apardım, Əliyevanı orada Nigar kimi çağırırdıq. "Nigar" Bakıdakı tanışı T.Əliyeva ilə tez-tez telefonla danışırdı, mən də onu bu yolla tanıdım. C.Ömərovanı çoxdan tanıyırdım, amma kimin vasitəsilə tanış olduğum yadımda deyil. Bakıda olanda C.Ömərova, A.Qulamova və T.Əliyeva ilə görüşüb iş təklif etdim, onlar da razılaşdırlar. Bir yerdə getdik, işləməyə başladılar. Bir müddət sonra A.Qulamova orada bir cavan oğlanla tanış oldu, onunla da çıxıb getdi. C.Ömərova Bakıya qayıtdıqdan sonra mənə zəng edərək tanışı S.Qasımovanı işə cəlb etdiyini dedi. Soruşdu ki, buna görə ona nə hörmət edəcəm, dedim ki, səni 500 dollar olan ev kirayəsindən azad edirəm. Sonra Qasımova gəlib müştərilərlə işləməyə başladı. Ondan sonra bircə S.Xalıqbəyova ilə Bakıda razılaşıb onu Moskvaya apardım. Bundan başqa heç kimi fahişəliyə cəlb etməmişəm".
Məhkəmədə zərərçəkmiş kimi dindirilən E.Kazımova ifadə verərək deyib ki, ata soyadı başqa olsa da, ərinin soyadını qəbul edərək Kazımova olub: "2006-da Leyli ilə tanış oldum. Dedi ki, qadınları Moskvaya aparıb fahişəlik elətdirir. Mənim də maddi imkanım çox ağır idi. Leyli ilə bu barədə danışdım, o da razı oldu. Amma xarici pasport və bilet almağa pulum yox idi. Leyli hamısını özü həll etdi, mən sonra işləyib ona qaytardım. Hər gün 2-3 müştəri ilə görüşüb günə 300-400 dollar qazanırdım. Leylinin "Qalyanova" rayonu, Xaborovski küçəsində yerləşən evində qalırdıq. Leyli mənə 2000 dollar pul verdi, sonra Azərbaycanda qayıdıb burada bir Türkiyə vətəndaşı ilə tanış oldum. Onunla bir yerdə gedib İstanbulda yaşadım. Türkiyədən qayıdandan sonra yenə imkanım pis idi, uşağıma ehtiyaclarını ödəmək üçün yenə Leylinin yanına getdim. Balaca qızımı Bakıda kiminsə yanında qoya bilmədiyim üçün özümlə aparmışdım. Mən müştəri ilə görüşəndə qızıma Leyli baxırdı. Leyli məni hər millətdən olan kişilərə təqdim edirdi. Bəzən o müştəridən 100 min rubl (təxminən 1660 AZN) alırdı. Son günlər məni çox işlədirdi, gündə 7-8 kişi ilə görüşürdüm. Buna görə daha Leylidən ayrılıb özüm tək işləməyə başladım".
O, daha sonra bildirib ki, Leyli Məmmədovaya qarşı heç bir şikayəti və tələbi yoxdur.
Zərəçəkmiş T.Quliyeva bildirib ki, öncə Leyli Məmmədovanı "Nailə" adı ilə tanıyıb: "Moskvada Leylinin tapdığı müştərilərlə cinsi əlaqədə olurdum, müştərilər bizi sauna, otel və mənzillərə aparırdılar. Müştəridən alınan pulun 50%-ni Leyli özünə götürürdü, bu üsulla Leylinin yanında 3 ay ərzində fahişəliklə məşğul oldum. Bir müddətdən sonra Leyli mənə çatmalı olan pulu vermədiyi üçün, orada tanış olduğum azərbaycanlı oğlanın vasitəsilə onun yanından qaçdım, bir müddət həmin oğlanın yanında qaldıqdan sonra Azərbaycana qayıtdım".
Q.Quliyeva da Leyli Məmmədovaya qarşı heç bir şikayəti və tələbi olmadığını deyib.
Digər zərərçəkən D.Cəfərova bildirib ki, Leyli ona xidmətçi işi düzəltmək adı ilə Moskvaya aprıb: "Əvvəllər Dəniz vağzalında Parom deyilən yerdə inzibatçı işlədim, orada Aygün ləqəbli M.Dəmirova ilə tanış oldum, ona da Moskvaya gedib xidmətçi kimi yaxşı pul qazanacağımı dedim. M.Dəmirova da getmək istədiyini dedi. Leyli danışıb razılaşdıq. Mən ora gedəndə qızım Nəzrin 3 aylıq olduğu üçün onu da özümlə apardım. Qatarda Leyli bizim bütün sənədlərimizi aldı, evə çatandan sonra dedi ki, fahişəlik edəcəksiz. Razılaşmadıq, hədə-qorxu gəldi, mən də balaca qızıma görə qorxub işləməyə razı oldum. Mən müştəri ilə görüşəndə qızıma Leylinin qızı Vüsalə baxırdı. Leyli bütün pulları özünə götürürdü, bizə isə azca pul verirdi. Mən biraz işləyəndən sonra qızıma görə qala bilməyib K.Qulizadə ilə qayıtdım, M.Dəmirovanın bilet almağa pulu olmadığı üçün məcbur qalıb işlədi".
O bildirib ki, hazırda Leyli Məmmədovaya qarşı heç bir şikayəti və tələbi yoxdur.
İş üzrə məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş K.Qulizadə deyib ki, "Zəhra" kimi tanıdığı Vəfanın evində "Fira" deyə çağırdıqları Leyli Məmmədova ilə görüşüb və Rusiyada xidmətçi işləmək barədə razılığa gəliblər: "Leyliyə arada Flora da deyirdilər. Vağzalda əsl adını bildim. Moskvada onun evində çatandan sonra xidmətçi işi olmadığını, əvəzində fahişəlik edəcəyimizi dedi. Biz razılaşmadıq, dedi ki, sizi bura gətirməyə xeyli xərc çəkmişəm, işləyin onu ödəyin çıxıb gedin. Məcbur olub işləməyə başladım, Leyli bütün pulları özü alırdı, bizə deyirdi ki, borcunuzdan çıxıram. Bir dəfə müştəriyə başıma gələni danışdım, mənə yazığı gəldi, əlavə pul verdi. Onun verdiyi pulla Azərbaycana qayıtdım. Leyli mənə heç 1 qəpik də vermədi".
O da Leylidən şikayətçi olmadığını bildirib.
Zərərçəkən M.Dəmirova deyib ki, 2004-cü ildə o, Dəniz vağzalında parom deyilən yerdə bacısı Leyla ilə birlikdə işləyib: "D.Cəfərova dedi ki, onun Flora adlı tanışının Moskvada restoranı var və yaxşı maaşla xidmətçi kimi iş təşkil edəcəyini dedi. Sonra Leyli ilə görüşüb razılaşdıq. Moskvaya çatandan sonra fahişəlik edəcəyimizi dedi, razı olmadıq. Bizi hədələdi, rus dilini bilmirdim, oranı tanımırdım, həm də pulum da yox idi. Sənədlərimin də hamısını Leyli almışdı. Məcbur olub işlədim".
M.Dəmirova hazırda Leylidən şikayətçi olmadığını deyib.
Zərərçəkən E.Əliyeva müalicə pulunu düzəltmək üçün Leylinin yanında fahişəlik etməyə razı olduğunu deyib: "Amma Leyli pulun çoxunu özü götürürdü deyə müalicə pulumu düzəldə bilmirdim. Azərbaycana qayıtmaq istədim, Leyli icazə vermədi. Müştərilərdən birindən pul alıb Leylidən xəbərsiz qayıtdım. Gələn kimi İnsan Alverinə qarşı Mübarizə İdarəsinə şikayət etdim".
E.Əliyeva indiki durumda şikayətçi olmadığını deyib.
Zərərçəkən A.Qulamova məhkəmədə bildirib ki, tanışı vasitəsi ilə "Nailə"ni tanıyıb: "Nailə mənə dedi ki, Moskvada mağazada satıcı işləyəcəm. Razılaşdım, Moskvaya çatandan sonra dedi ki, satıcı işi hələ yoxdu, fahişəlik et. Razı olmadım, mənə hədə qorxu gəldi, qorxduğum üçün işləməyə razı oldum. Müştərilərlə görüşəndə Nailənin adının Leyli olduğunu bildim. Leyli məni bir gün Elvin (şərti) adlı müştərinin yanına göndərdi. Ona ağlayaraq hər şeyi danışdım. Elvin Leyli ilə danışıb məni buraxmağını, əks təqdirdə onu tutduracağını dedi. Leyli qorxduğu üçün mənim getməyimə razı oldu. Bir müddət orada Elvinlə yaşadım, sonra o, məni Azərbaycana göndərdi. Biraz keçəndən sonra Elvin də bura qayıtdı və mənə evlənmə təklif etdi. Razılaşdım, nikah bağladıq".

A.Qulamova da Leyli Məmmədovadan şikayətçi olmadığını bildirib.
Zərərçəkən S.Xalıqbəyova Leyli ilə işləməyə imkanın olmamasına görə məcbur olduğunu deyib: "Leyli mənə 500 manat verib dedi ki, darıxma hər şey yaxşı olacaq. Tapşırdı ki, həmin pulla bilet alıb Moskvaya onun yanına gəlim. Ora gedəndən sonra da tez-tez zəng edib soruşurdu, amma pulu xərcləmişdim. Leyli dedi ki, gəlməsən sənə problem yaradacağam, qorxdum, getməyə razılaşdım. Leylinin "Derevo" küçəsində yerləşən evində qalırdım, hər gün bir neçə kişini qəbul edirdim. Leylinin pulun çoxunu özünə götürdüyü üçün işləmək sərf etmədi, geri qayıtdım".
O bildirib ki, Leyli Məmmədovaya qarşı heç bir şikayəti və tələbi yoxdur.
Zərərçəkən C.Ömərova maddi imkansızlığa görə öz xahişi ilə Leylinin yanına gedərək fahişəlik etdiyini deyib: "Kişilər bizi öz istədikləri yerlərə aparıb orada bizimlə cinsi əlaqədə olurdular. Mən bir müddət sonra Azərbaycana qayıtdım, burada sevgilimlə yaşamağa başaldım. Bir gün sevgilim bacısı S.Qasımova da Rusiyaya gedib fahişəlik etmək istədiyini dedi. Mən də onu Leyli ilə əlaqələndirdim, gedib işlədi".
Sonuncu zərərəçəkən S.Qasımova ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, 2008-ci ildə fahişəliklə məşğul olan zaman soyadı başqa olub: "2012-ci ildə ailə həyatı qurduğum üçün soyadım dəyişdi. Maddi imkanım olmadığı üçün Leyli ilə işləməyə razı olmuşdum. Orada müştərilərimin əksəriyyəti yəhudi, erməni, azərbaycanlılar olurdu. Təxminən Leylinin evində 4 ay qalıb fahişəliklə məşğul oldum. Hazırda heç bir şikayətim yoxdur".
Vəkil Vasif İsrafilov

Leyli Məmmədovanın vəkili Vasif İsrafilov çıxış edərək bildirib ki, məhkəmə ona cəza təyin edərkən məhkumluğunun olmamasını, törətdiyi əməli etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, ailəli və himayəsində biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını, dul qadın olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların da olmasını nəzərə almağı xahiş edib: "Həmçinin cinayətin törədildiyi vaxtdan da 10 ilə yaxın vaxt keçib".
Məhkəmənin qərarı ilə Leyli Məmmədova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib. O, 2014-cü ilin 22 iyul tarixində həbs edilib.
"Qafqazinfo"
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb“ -ŞAHİN MAHMUDZADƏ
Siyasət 15 Oktyabr 11:59“Azərbaycanda əhalinin borc yükü 18,7 faizə yüksəlib“ -ATAXAN HƏSƏNOV
Siyasət 15 Oktyabr 11:54Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



