"Saatların bir saat irəli və geri çəkilməsi insanlara psixoloji təsir göstərir. Bu, özünü bir az ürəyi zəif olanlarda, metohəssas insanlarda büruzə verir". Bunu SİA-ya açıqlamasında psixoloq Tariyel Faziloğlu söyləyib.
Psixoloq bildirib ki, saatların irəli-geri çəkilməsi bir-iki gün insan öyrəşməyə bilər, amma sonra adaptasiya olunur: "Nəzərə alsaq ki, bu hadisəni insanlar ildə iki dəfə yaşayırlar. Həmçinin insanların öyrəndiyi həyat tərzini bir saat fərqlə davam etdirməyi də asan deyil. Bu da psixoloji gərginliyə, mövsümü depresiyanın dərinləşməsinə gətirib çıxarır. Buna daha çox məktəbli uşaqların, işə gedən insanların gərginliklər yaşamasına səbəb olur. Saatların bir saat geri çəkilməsini əvvəlcədən hər kəs bildiyi üçün hazırlaşaq lazımdır. Belə ki, insanlar saatların əqrəblərinin irəli və ya geri çəkildiyi tarixdən 2-3 həftə əvvəl öz yuxu rejimlərini tədricən dəyişməlidirlər. Bu müddətdə insanlar yatma və oyanma vaxtlarını hər gün ərzində 10-15 dəqiqə dəyişməlidirlər. Bu, sonda insanlarda narahatlıq hallarını azalda bilər. Bəzən elə düşünürük ki, səhər yuxudan bir saat tez qalxmağımız və yaxud bir saat gec oyanmağımız bizə mənfi enerji bağışlayır. Bir-iki gün insan öyrəşməyə bilər, amma sonra adaptasiya olunur. Bu, özünü bir az ürəyi zəif olanlarda, metohəssas insanlarda büruzə verə bilər. Saat əqrəblərinin bir saat irəli, ya geri çəkilməsi əhalinin yalnız 10-15 faizində narahatlıq yarada bilər. 2-3 gündən sonra isə bu, vərdiş halına çevrilir".
Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir, qış vaxtına keçirilir. Hər il mart ayının son bazar günü isə əqrəblər bir saat qabağa çəkilməklə yay vaxtı tətbiq olunur.
Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Beləliklə, oktyabr u il oktyabrın 25-i saat 5:00-da Azərbaycanda saatlar bir saat geri çəkiləcək, yay vaxtı ləğv ediləcək Azərbaycan ərazisində qış vaxtına keçiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB