Nazir müavini yeni Ofisin açılışında iştirak edib

Nazir müavini yeni Ofisin açılışında iştirak edib

Bu gün "Youth İnc." Biznes İnkubasiya Mərkəzinin ofisinin açılış mərasimi baş tutub. SİA-nın məlumatına görə, tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, "Azərbaycan Coca-Cola Bottlers" MMC-nin baş direktoru Cem Becel, DVC-nin sədri Seymur Hüseynov, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, RED Kommunikasiya Agentliyi, DVC və"Coca-Cola" şirkətinin nümayəndələrinin iştirak edib. Açılış mərsimində məlumat verilib ki, təşkilatın aparıcı proqramlarından olan "Youth Inc." Proqramı DVC, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Coca-Cola" şirkətinin dəstəklədiyi uzunmüddətli gənclər proqramıdır. "Youth Inc." Proqramı çərçivəsində proqram məzunları tərəfindən 8 müxtəlif biznes-layihələr həyata keçirilib, 5 minə yaxın gənc seminarlarda iştirak edib, proqramın nümayəndələri 3 beynəlxalq forumda təqdimat keçiriblər. Diqqətə çatdırılıb ki, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən "Debat" təhsil proqramı kimi başlayıb. Təşkilatın gənclərin təşəbbüslərinin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsi məqsədilə "Milli Debat", "Youth İnc." və "Yaşıl ofis" proqramları çərçivəsində fəaliyyət göstərir. Bu istiqamətdə DVC tərəfidən 40000 nəfərin iştirakı ilə 500-dən artıq təlim, seminar və konsaltinq, 30 Yay Məktəbi və 15-dən artıq ölkənin iştirakı ilə 2 beynalxalq forum keçirilib. Fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporasiyalar, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edən təşkilat Beynəlxalq Debat Təhsil Assosiasiyası" (IDEA), "Milli Debat Şəbəkəsi" və "Milli Karyera və İşədüzəltmə Assosiasiyasının" həmtəsisçisi, öz sahəsində dünya lideri olan "Milli Biznes İnkubatorlar Assosiasiyasının" (NBIA) Azərbaycanda yeganə tərəfdaşı, dünyanın 140 ölkəsini əhatə edən "Qlobal Sahibkarlıq Həftəsinin" Azərbaycanda eksklüziv nümayəndəsi və "Amerika-Azərbaycan Ticarət Palatasında" (AmCham) təmsil olunan yeganə gənclər təşkilatıdır. Qeyd edək ki, Mərkəzin yaradılmasının əsas məqsədi Azərbaycanda gənc sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli platformanın yaradılması, şəxsi bizneslərini qurmaq istəyən gənc liderlərin təşəbbüslərinin dəstəklənməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə