6 rayonda protez-ortopedik bərpa xidməti təşkil ediləcək

6 rayonda protez-ortopedik bərpa xidməti təşkil ediləcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikamızın bölgələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilən səyyar formada protez-ortopedik bərpa xidməti oktyabrın 27-29-da Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında davam etdiriləcək. ƏƏSMN-dən SİA-ya verilən məlumata görə, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası oktyabrın 27-də saat 9.00-dan 13.00-dək Balakən rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və saat 14.00-dan 18.00-dək Zaqatala rayon ƏSMM-nin inzibati binalarında, oktyabrın 28-də saat 9.00-dan 13.00-dək Qax rayon ƏSMM-nin inzibati binasında və saat 14.00-dan 18.00-dək Şəki rayonundakı Əlillərin Bərpa Mərkəzində əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara protez-ortopedik bərpa xidməti göstərəcək. Oktyabrın 29-da isə saat 9.00-dan 13.00-dək Oğuz rayon mərkəzi xəstəxanasında və saat 14.00-dan 18.00-dək Qəbələ rayon mərkəzi xəstəxanasında səyyar xidmət davam etdiriləcək.

Xidmət göstəriləcək vətəndaşların əvvəlcədən qeydiyyatı aparılıb. Bununla belə, həmin rayonlarda yaşayan və protez-ortopedik bərpa xidmətinə ehtiyac duyan digər şəxslər də göstərilən vaxtlarda və ünvanlarda tibbi-texniki briqadaya müraciət edərək müvafiq xidmətlərlə təmin oluna bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə