Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Milli Məclisə seçkilərlə əlaqədar regionlarda seminarları davam etdirir. AVCİYA-dan SİA-ya verilən məlumata görə, Şirvan, Hacıqabul, Sabirab, Xaçmaz, Quba, Qusar, Zaqatala, Balakən, Qax Gəncə,Göygöl, Daşkəsən, Bərdə, Tərtər, Goranboy rayonlarından sonra Lənkəran, Cəlilabad və Biləsuvar rayonlarında seminarlar keçirilib.
Seminarlarda seçki ərəfəsi ictimai-siyasi vəziyyət, bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeləri, Milli Məclisə növbəti seçkilərin ölkəmiz üçün əhəmiyyəti və s. məsələlər tədbir iştirakçılarına izah olunub. Seminarlarda "İnsan Hüquqları XXI Əsr-Azərbaycan" Fondunun prezidenti Şahin Camalov çıxış edərək müşahidəçilik missiyasının seçkilərin şəfaf və demokratik keçirilməsində rolu, müşahidəçilərin seçki günü fəaliyyəti, onların hüquq və vəzifələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Seminarların sonunda iştirakçıların regionlardakı ictimai-siyasi vəziyyət haqqında məlumatları dinlənilmiş, onların sualları cavablandırılıb.
Bununlada AVCİYA-nın bölgələrdə keçirilməsi nəzərdə tutulan təlimləri başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB