Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2015/2016-cı tədris ili üçün yekun qiymətləndirmə ilə bağlı təqvim planındakı işlərin yerinə yetirilməsi məqsədilə keçirilən seminarda təqvim planının bəndləri haqqında ətraflı izahat verilib. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ümumtəhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin təşkili sektoru və komissiyanın regional bölmələrinin əməkdaşlarının iştirak etdikləri seminar təqvim planında nəzərdə tutulan işlərin şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən vaxtında və dəqiq yerinə yetirilməsinin vacibliyi vurğulanıb, qarşıda duran məsələlər geniş müzakirə olunub.
"Şagird-məzun" sistemində yaradılmış yeni imkanlar iştirakçıların diqqətinə çatdırılıb, onlara sistemdən istifadə qaydaları haqqında təlimat kitabçaları verilib. Seminarda, həmçinin regional bölmələrin əməkdaşlarının görüləcək işlərlə bağlı təklifləri dinlənilib, suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB